Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür. Bu barədə Xarici İşlər Nazirliyi xəbər verir.
“Milan şəhərində ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində E.Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) arasında görüş başlayıb”, - deyə XİN-in twitter səhifəsində bildirilir.
E.Məmmədyarov bu gün Ermənistanın xarici işlər nazirinin vəzifələrini icra edən Zöhrab Mnatsakanyanla da görüşəcək. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.*
F.İsazadə