Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İlham Əliyev müvafiq sərəncamı bu gün imzalayıb.
“Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Abdullayev “Şöhrət” ordeni ilə təltif edilir”, - deyə sərəncamın mətnində qeyd olunur.*
R.Babayev