2018-ci ildə “Formula 1” yarışlarının Bakı mərhələsini televiziya ilə 83 mln. insan izləyib. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidməti məlumat verir.
İngiltərənin nüfuzlu “The Times” və “The Guardian” nəşrləri Azərbaycan Qran Prisini cari ilin ən yaxşı yarışı seçilib.
“Formula 1” yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin məlumatına görə, izləyicilərin 76%-i Bakı yarışından zövq alıb, bu da orta göstərici səviyyəsindən (70%) yuxarıdır. Bu göstəriciyə əsasən, Azərbaycan Qran Prisi Böyük Britaniya (90%), Avstriya (85%), Braziliya (81%) və Meksikadan (79%) sonra 5-ci yerdə qərarlaşıb.
“Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı analoji sorğuya əsasən, Azərbaycan və Çin Qran Prilərindən sonra üçüncü yeri tutub.
Rəqəmsal platformalarda orta göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1milyon unikal istifadəçi izləyib (ən yaxşı göstərici Avstraliya Qran Prisindədir).
“Çox şadam ki, Azərbaycan Qran-Prisi ardıcıl ikinci dəfə dünya mediasında dramatik hadisələr və gərginliklə dolu yarış kimi qeyd olunur. Bəzi nəşrlər bizim yarışı hətta mövsümün ən yaxşı yaqrışı hesab edirlər”, - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BCC) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
2018-ci ildə Bakıda Azərbaycan Qran Prisi aprelin 27-29-da keçirilib. **
R.Babayev