2019-cu ilin yanvar ayında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüşü keçiriləcək. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bəyan edib.
Çərşənbə günü Milanda ATƏT XİNŞ-nin çərçivəsində Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirilib. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutub.
“Hesab edirəm ki, üç saat davam edən danışıqlar tərəflərin mövqeyini daha yaxşı anlaması nöqteyi-nəzərindən mühüm və faydalı olub. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb”, - Azərbayucan XİN-nin məlumatında E.Məmmədyarovun sözlərindən sitat gətirilir. **
A.Əzizov