Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin noyabr ayında valyuta hərraclarında $654,1 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
"ARDNF bu ilin noyabr ayında valyuta hərraclarında $654,1 mln. məbləğində xarici valyuta satıb", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, fond 2018-ci ilin oktyabr ayında valyuta hərraclarında $498,6 mln. məbləğində valyuta satışı həyata keçirib. Beləliklə, cari ilin noyabr ayında valyuta satışının həcmi sentyabr ayı ilə müqayisədə 33,6% artıb.
Bütövlükdə, yanvar-noyabr aylarında valyuta hərraclarında $5 mlrd. 778,1 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 91,1% - İF).
Fond 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2016-cı ilin göstəricisindən 26,3% azdır.** Ə.Məmmədov