Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada şəxsi heyətin döyüş hazırlığını yoxlayıb, qarşı tərəfdə yerləşən erməni mövqelərini izləyib “Müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti barədə məruzə edildikdən sonra bölmələrin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb. Həmçinin, Z.Həsəsov müşahidə məntəqəsindən qarşı tərəfdə yerləşən düşmən mövqelərini izləyib”, - nazilriyin məlumatında deyilir.
Qeyd olunur ki, Z.Həsənov müasir texniki vasitələrdən istifadə edilməklə xidmətin daha effektiv təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Nazir xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr əldə etmiş hərbi qulluqçuları mükafatlandırıb, bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub.
“Həmçinin, Z.Həsənov Ağdam rayonu ərazisindəki kəndlərdən birində yerli sakinlərlə görüşən nazir yaşayış məntəqələrimizin müdafiəsinin təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb”, - nazirlikdən vurğulanır. **
F.İsazadə