Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev hesab edir ki, gömrük orqanları 2019-cu ildə vergi və rüsum yığımı üzrə büdcə planını artıqlaması ilə yerinə yetirə biləcək.
"Bir sıra mallara tətbiq olunan aksiz dərəcələrinin, eləcə də onların sayının artırılması güman etməyə əsas verir ki, biz gələn il üçün daxilolmalar üzrə proqnozu (3 mlrd. 702,6 mln. manat - İF) tam şəkildə icra edə biləcəyik və hətta büdcə planını artıqlaması ilə yerinə yetirməyə çalışacağıq", - deyə o, bu gün jurnalistlərə bildirib.
Cari il üçün büdcə proqnozlarının icrasına toxunan komitə sədri vurğulayıb ki, DGK faktiki olaraq proqnozu artıqlaması ilə yerinə yetirib. "Bu günədək dövlət büdcəsinə 3 mlrd. 380 mln. manat köçürülüb ki, bu da illik proqnozdan çoxdur", - deyə S.Mehdiyev qeyd edib.
2018-ci ildə DGK tərəfindən dövlət büdcəsinə vergi və rüsum köçürmələri planı 3 mlrd. 215 mln. manat məbləğində müəyyən edilib.*
Ə.Məmmədov