“Bakı Metropoliteni” QSC metronun bənövşəyi xətti üzrə “B03” stansiyasında bənövşəyi xəttində monitorların quraşdırılması və və işə buraxılması məqsədilə şirkət seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilir.
Stansiya üçün monitorların quraşdırılması və və işə buraxılması üzrə açıq tenderin qalibi “Consquare Consultancy and Services Company” MMC olub.
Şirkətlə 269,035 min manat məbləğində müqavilə imzalanıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. 2017-ci ilin sonuna sərnişin daşımalarının illik həcmi 228,8 mln. nəfər təşkil edir.**
B.Rüstəmbəyov