2019-cu ilin yanvar ayında Bakıda Xarici İşlər Nazirliklərinin himayəsi altında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə xüsusi İşçi Qrupunun ilk iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Gələn ilin əvvəlində Bakıda İşçi Qrupunun ilk iclasının keçirilməsi planlaşdırılır”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, iclas zamanı Xəzəryanı dövlətlərin beşliyi əldə olunan razılıqların reallaşdırılması məsələləri müzakirə olunacaq.
“İşçi Qrupunun əsas vəzifəsi birabaşa çıxış xəttlərinin müəyyən olunması metodikasına dair sazişin hazırlanmasından ibarətdir , - mənbə qeyd edib. **
F.İsazadə