Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 10-da depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank dekabrın 10-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 350 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb edilən vəsaitlər üzrə faiz dərəcəsi 7,76%-9,74% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.
** B.Rüstəmbəyov