Ukrayna 2018-ci ilin yanvar-noyabr aylarında neft və neft xammalı idxalını 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,1% - 702,31 min tonadək azaldıb.
Dövlət Fiskal Xidmətinin məlumatına görə, $400,968 mln. məbləğində neft idxal olunub ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,6% çoxdur.
Azərbaycandan $376,337 mln., İrandan $14,538 mln., Əlcəzairdən $7,176 mln., digər ölkələrdən isə $2,917 mln. məbləğində neft tədarük edilib.
Hesabat dövründə Ukrayna neft və neft xammalı ixrac etməyib.*
B.Rüstəmbəyov