Azərbaycan və Şimali Qafqazın dağ-xizək kurortlarında vahid keçid tətbiq oluna bilər. Bu barədə Rusiya mətbuatı məlumat verir.
“Şimali Qafqaz kurortları” şirkəti tərəfindən bu təşəbbüs nəzərdən keçirilir.
“Biz bütün Qafqaz sıra dağları silsiləsində iri turizm klasterinin formalaşdırılması ilə məşğuluq. Hazırda Azərbaycanda yerləşən kurortlarla fəal əməkdaşlıq edirik. Gələcəkdə inkişaf etməyi, vahid təqvimlərin tərtibatını, turistlər üçün dağ-xizək kurortlarında vahid keçidin tətbiqinədək turistlər üzrə qarşılıqlı əlaqədə olmağı planlaşdırırıq”, - şirkətin baş direktorunun müavini Rüstəm Tapayev “Qafqaza investisiya yatır!” mövzusunda III biznes forumunda bildirib.
Yeniliyin tətəbiqinin nəzərdə tutulan müddəti dəqiqləşdirilmir.
Bundan əlavə, R.Tapayevin sözlərinə görə, “Milli kanat yolları” Rusiya-Fransa birgə müəssisəsinin istehsalı olan avadanlığın Azərbaycana ixracı planlaşdırılır.
“Şimali Qafqaz kurortları” SC-nin “POMA S.A.S.” şirkəti ilə tərəfdaşlığı çərçivəsində yaradılan “Milli kanat yolları” Rusiya-Fransa birgə müəssisəsinin məhsulları perspektivdə MDB ölkılərinə tədarük olunacaq. Xüsusilə, artıq Azərbaycan və Özbəkistanla danışıqlar aparılır”, - o qeyd edib.
6-7 dekabr tarixlərində Qroznı şəhərində “Qafqaza investisiya yatır!” mövzusunda III biznes forum keçirilir. **
Ə.Məmmədov