Bakı və Belqrad müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sözügedən məsələlər Belqradda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında müzakirə olunub.
Serbiyanın baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.
Azərbaycanın iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Bakı və Belqrad arasında hüquq-müqavilə bazasına ticarət-iqtisadi, investisiyaların təşviqi, vergitutma və s. sahələrdə 30-dan çox sazişin daxil olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 36%, 2018-ci ilin ilk 9 ayında isə 33% artıb.
2017-ci ildə Azərbaycana gələn Serbiya vətəndaşlarının sayında 14% artım müşahidə edilib.
Tərəflər, həmçinin humanitar, təhsil, sahibkarlıq, ekologiya və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.*
R.Babayev