Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbəri olduğu müxalif Respublika Partiyası yeni parlamentə keçmədi. Bu barədə ölkənin bütün seçki məntəqlərindən səslərin hesablanması prosesindən sonra MSK-nın məlumatında deyilir.
Seçicilərin 4,70%-i Respublika Partiyasına səs verib.
Seçkilərdə 70,43% səs ilə Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Mənim addımım” (“Мой шаг”) bloku liderdir.
Yeni parlamentə 8,27% səs toplayan “Çiçəklənən Ermənistan” ("Процветающая Армения") və 6,37% səs ilə “Parlaq Ermənistan” ("Светлая Армения") partiyaları daxildir.
“Daşnaktsutyun” patriyası həmçinin 3,98% səs toplayaraq beş faizli civarı keçə bilmədi.
Digər siyasi qüvvələrin (patiyalar və bloklar) heç biri 2%-dən çox səs toplamayıb.
Bazar ertəsi günorta MSK-nın iclasında səsvermənin ilkin yekunlarından ümumi nəticə çıxarılacaq. **