Ermənistan Mərkəzi Seçki Komissiyasına növbədənkənar parlament seçkilərində səsvermə prosesi zamanı heç bir şikayət daxil olmayıb. Bu barədə MSK-nın rəhbəri Tiqran Mukuçyan bəyan edib.
“İndiyədək heç bir yazılı şikayət daxil olmayıb. Komissiya şəffaf fəaliyyət göstərib və üzərinə düşən funksiyaları tam yerinə yetirib”, - T.Mukuçyan bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri “azad, şəffaf və ədalətli ” keçirilib.
Xəbər verildiyi kimi, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbəri olduğu müxalif Respublika Partiyası yeni parlamentə keçmədi.
barədə ölkənin bütün seçki məntəqlərindən səslərin hesablanması prosesindən sonra MSK-nın məlumatında deyilir ki, seçicilərin 4,70%-i Respublika Partiyasına səs verib.
Seçkilərdə 70,43% səs ilə Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Mənim addımım” (“Мой шаг”) bloku liderdir. **