Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 3 mlrd. 253 mln. 78,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-noyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə 2 mlrd. 383 mln. 400,01 min manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, bu ilin yanvar-noyabr ayları ərzində komitə tərəfindən dövlət büdcəsinə köçürmələrin həcmi 36,5% artıb.
2018-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 mlrd. 223 mln. 775,5 min manat, aksizlər üzrə 165 mln. 334,5 min manat, yol vergisi üzrə 36 mln. 521,6 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 827 mln. 446,8 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə plan 3 mlrd. 215 mln. manat həcmində müəyyən edilib. Beləliklə, DGK dövlət büdcəsinə daxilolmalar üzrə planı ı ilə yerinə yetirilib. **
Ə.Məmmədov