2018-ci ilin noyabr ayında Azərbaycanda inflyasiya cari ilin oktyabr ayında qiymətlərin 0,2% artımına qarşı 0,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin noyabr ayında inflyasiya 0,6% təşkil edib. Eyni zamanda, ərzaq mallarının qiyməti 1,2%, qeyri-ərzaq mallarının qiyməti 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb”, - DSK-dən bildirilir.
Noyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,3%-dək azalıb (oktyabrın sonuna - 2,4%). O cümlədən ərzaq məhsullarının qiymətləri üzrə orta illik inflyasiya 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 2,7%, xidmətlərin qiymətləri 2,6% təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 3,1% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib.**
A.Əzizov