Dekabrın 11-də Bakıda kənd təsərrüfatı sahəsində çalışan Azərbaycan və Türkiyə iş adamlarının birgə biznes forumu keçiriləcək.
Dövlət başçısının saytında verilən məlumata görə, bu məsələ bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşü zamanı müzakirə olunub.
“Görüş zamanı kənd təsərrüfatı sahəsində çalışan Azərbaycan və Türkiyə iş adamlarının dekabrın 11-də Bakıda birgə biznes forumunun keçiriləcəyi və bunun əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı vurğulandı”, - məlumatda deyilir.
Həmçinin, tərəflər Azərbaycanla Türkiyə arasında ASK sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Türkiyənin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurların və təcrübənin Azərbaycan üçün böyük maraq doğurduğu vurğulanıb. **
R.Babayev