Vergilər Nazirliyi sksiz markası ilə markalanmalı olan məhsullara dair qanunvericiliyin pozulması faktı ilə bağlı cinayət işi başlanılıb, üç nəfər saxlanılıb.
AR Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) başlanılan cinayət işinin materiallarında qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında külli miqdarda aksizsiz tütün məmulatları və alkoqollu içkilər aşkarlanıb. **
R.Babayev