Tomsk vilayəti üzrə “Rosselxoznadzor”un regional idarəsinin əməkdaşları tərəfindən Azərbaycandan ixrac edilən təzə “çerri” pomidorlarına baxış zamanı ilk dəfə təhlükəli zərərverici aşkar olunub. Bu barədə bazar ertəsi idarədən məlumat verilib.
“120 kiloqram həcmdə məhsul Tomsk gömrüyünün əməkdaşları və yükün daxil olduğu “EvroLogistik” MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, sürfələr aşkar olunduğu pomidorlar məhv edilir, həmin pomidprlar satış və istifadə üçün yararsızdır. **
A.Əzizov