Azərbaycanın “Baku Steel” və Çinin “CAMC Engineering” şirkətləri arasında Gəncə şəhərində metallurgiya zavodunun inşasına dair müqavilə imzalanıb.
“Azerbaijan Integrated Steel Mill Complex” adlanacaq yeni zavodun istehsal gücü 1,25 mln. ton təşkil edəcək.
Zavodun inşasına sərmyələr $1,17 mlrd. təşkil edəcək.
Müqaviləyə əsasən, zavodun tikintisi 42 ay müddətində başa çatmalıdır.
Hazırda “Baku Steel” holdinqinə Azərbaycanda illik istehsal gücü 1 mln. ton təşkil edən mini zavodlar, Sumqayıtda boru zavodu, həmçinin “Bakı Əlvan Metallar və Ferroərintilər” zavodu və Aktauda (Qazaxıstan) bir zavod daxildir. **
B.Rüstəmbəyov