SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanvar-noyabr aylarında 113 yaşayış məntəqəsini qazlaşdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
«Hesabat dövrü ərzində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün 2,959 min km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 2,406 min km qaz kəməri əsaslı təmir olunub. Nəticədə, Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 113 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - məlumatda qeyd olunur.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
“Azəriqaz” 2016-cı ildə 209 yaşayış məntəqəsini qazlaşdırıb.**
B.Rüstəmbəyov