İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işlərinə 3 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, İsmayıllı Rayon İH bu işlərin icrası üçün “İsmayıllı Tikinti-27” ASC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 2 mln 936 min 714 manat təşkil edir.
Bundan əlavə, İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı şəhərində 100 yerlik uşaq bağçasının tikintisinə “Parlaq-N” MMC-nin 1 saylı filialı ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 1 mln. 448,945 min manat təşkil edir. **
R.Babayev