Azərbaycan Rusiyaya yun ixracını bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
“Zaqatala sakini sahibkar Əlihüseyn Şirinli 60 ton qoyun yunu ixracı həyata keçirib. Bu ixrac partiyasının alıcısı “Azexport” portalı vasitəsi ilə tapılıb”, - Mərkəzdən qeyd ediblər.
Vurğulanıb ki, son illər Azərbaycanda yun istehsalı artsa da, onun ixracı ilə bağlı müəyyən problemlər qalmaqdadır.
“Azexport.az” portalı ixrac prosesi ilə ölkədən qoyun yunu ixracının həm həcminin artmasına, həm də ixrac coğrafiyasının genişlənməsinə töhfə verə bilər. Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycandan Rusiyaya yun ixrac edilməyib”, - Mərkəzdən qeyd ediblər.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı 2016-cı ildə yaradılıb. **
B.Rüstəmbəyov