Bakıda Dövlət Gömrük Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri arasında insan alverinə qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planı müzakirə olunub.
“Görüşün məqsədi Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-2023-cü illər üçün yeni Milli Fəaliyyət Planının hazırlanması istiqamətində Azərbaycan Hökumətinə dəstək vermək, rəy və təkliflər hazırlamaqdır”, - DGK-nin məlumatında deyilir.
Həmçinin görüşdə insan alverçilərinin, insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası gömrük orqanlarının fəaliyyəti müzakirə edilib. **
F.İsazadə