"Rosselxozbank” ASC Azərbaycandakı nümayəndəliyinin ləğv olunmasına dair qərar qəbul edib.
“Nümayəndəliyin bağlanması ilə əlaqədar iki ay müddətində kreditorlardan tələblər qəbul olunacaq”, - nümayəndəliyin elanında deyilir.
“Rosselxozbank” ASC Azərbaycandakı nümayəndəliyi 2010-cu ilin mart ayında qeydiyyatdan keçib. Nümayəndəliyin əsas vəzifələri Azərbaycanın maliyyə təsisatları və ASK şirkətləri ilə birgə layihələrin reallaşıdırlması məqsədilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, dövlət orqanları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin təşkili, Rusiyanın investisiya layihələrinin Azərbaycanda irəli sürülməsi və müşayiət olunması, “Rosselxozbank” ASC-nin iştirakçısı olduğu ikitərəfli və çoxtərəfli sazişlərin monitorinqinin həyata keçirilməsindən ibarətdir. **
A.Əzizov