Dekabrın 14-də Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 17-ci iclası zamanı iki ölkə bir sıra sənədlərin imzalanması planlaşdırılır.
“14 dekabr 2018-ci il tarixində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin sədrliyi ilə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçiriləcək”, - Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat verir.
Həmçinin, iclas zamanı iştirakçılar ölkələr arasında o cümlədən, kənd təsərrüfatı, sənaye, nəqliyyat, energetika, tikinti və turizm kimi mühüm sahələrdə ticarət-iqtisadi münasibətlərin cari vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.
“İki ölkənin iqtisadiyyatının şaxələndirilməsi, işgüzar dairələr arasında qarşılıqlı əlaqələrin şəraitinin yaxşılaşması, həmçinin 1 sentyabr 2018-ci il tarixində Soçidə Rusiya və Azərbaycan prezidentərinin görüşü zamanı qəbul olunan qərarların icrası yolları iclasın əsas mövzuları olacaq”, - məlumatda vurğulanır.
O cümlədən, tədbir çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır. **
A.Əzizov