Qazaxıstan Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır. Bunu Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Qasımov deyib.
Qazaxıstan mətbuatının məlumatına görə, ölkə parlamenti “Qazaxıstan Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair sazişin ratifikasiyası haqqında” qanun layihəsini təsdiq edib. Bu sənəd ikili vətəndaşlıq məsələləsini tənzimləyir. Bu sazişin ratifikasiyası miqrasiya proseslərinin tənzimlənməsi üzrə məlumat mübadiləsinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına imkan yaradacaq.
Saziş vətəndaşlar barədə statistik, hüquqi və elmi-metodik informasiya və məlumatların mübadiləsini nəzərdə tutur.
“Bu, ilk bu cür sazişdir. Biz Rusiya, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Ermənistan və Gürcüstanla analoji sənədlər hazırlayırıq”, - K.Qasımov qeyd edib. **
F.İsazadə