Dekabrın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Türkiyə XİN-dən məlumat verilir.
“M.Çavuşoğlu dekabrın 14-də Bakıda baş tutacaq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək”, - məlumatda qeyd olunur. **
F.İsazadə