Azərbaycan və İran sərhədçiləri sərhəd mühafizəsi sahəsində əməkdaşlığın genişləndirəcəklər. By barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İİR Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi arasında Bakıda müvafiq protokol imzalanıb.
Sənəd sərhəd mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların hərəkətinin daha da asanlaşdırılması, dövlət sərhədində qanunsuz fəaliyyətin, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qeyri-leqal miqrasiyanın, transsərhəd cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə məlumat mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. **
F.İsazadə