2018-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% - 451 mln. 240,6 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 133 mln. 520,5 min manat gəlir əldə edib ki, bu da 2017-cı ilin yanvar-sentyabr aylarının göstəricisindən 12,2% azdır», – məlumatda bildirilir.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 101 mln. 779,8 min manat (artım 6,5%) məbləğində olub.
Xəbər verildiyi kimi, 2018-ci yanvar-sentyabr aylarında TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 39 mln. 195,3 min ton yük, o cümlədən 7 mln. 75 min ton və ya 18% tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 261 mln. 500,8 min nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova