Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakı ilə Moskva arasında hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qalxdığını qeyd edirlər.
Çərşənbə günü Bakıda İ.Əliyev və V.Gerasimov arasında görüş baş tutub.
“İ.Əliyev Azərbaycan və Rusiyanın etibarlı tərəfdaş olduğunu, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qalxdığını dedi”, - dövlət başçısının saytında qeyd olunur.
Öz növbəsində, V.Gerasimov Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirdi.
Görüş zamanı İ.Əliyev bu il Azərbaycanla Rusiya arasında xeyli sayda sazişlərin və sənədlərin imzalandığını vurğulayaraq, qarşılıqlı fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkələrimiz tərəfindən əldə olunmuş razılıqların icra edilməsinin önəmini qeyd etdi.
NATO və ABŞ nümayəndələri ilə artıq neçənci dəfədir ki, Bakıda görüşdüklərini qeyd edən V.Gerasimov Bakının bunun üçün çox münasib bir məkan olduğunu və bu cür görüşlər üçün burada hər cür şəraitin yaradıldığını vurğuladı. **
F.İsazadə