Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti Bakıda keçirilən görüşdə 2019-cu ildə planlaşdırılan təlimlər barədə məlumatla bölüşüblər. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilir.
“Tərəflər biri-birinə 2019-cu ildə ən iri operativ hazırlıq məsələləri barədə məlumat veriblər. Əlaqələrin davam etdirilməsində maraq təsdiq olunub”, - “İnterfaks”a çərşənbə günü nazirlikdən bildiriblər.
Nazirlik görüşün Bakıda keçirildiyini qeyd edir.
“Ali hərbi rəhbərlər Avropa və qlobal təhlükəsizlik sahəsində vəziyyətə dair fikir mübadiləsi aparıblar”, - nazirlikdən vurğulanır. **