Türkiyənin paytaxtında dəmir yolunda baş verən qəzada ilkin məlumata əsasən, ən azı 4 nəfər həlak olub, 43 nəfər yaralanıb. Bu barədə Türkiyə hökumətinə istinadən “Anadolu” agentliyi məlumat verib.
Cümə axşamı Ankarada sürət qatarı Marşandiz dəmiryol stansiyasında üst keçidə çırpılıb.
CNN telekanalının məlumatına görə, stansiyada keçidin bir hissəsi qatarın vaqonları üzərinə düşüb. İnternet şəbəkələrində yayılan videoçarxlarda göründüyü kimi, xilasedicilər və işçilər keçidin uçan metal parçaları altında sıxılmış halda qalan vaqonlardan sərnişinləri çıxarmağa yardım edirlər.
Toqquşmadan sonra qatarın iki vaqonu relsdən çıxıb, qəza yerinə çox sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub. **