Dövlət Statistika Komitəsi (DSK) regional idarələrin inzibati binalarının yenidən qurulması əsaslı təmiri işlərinə dair 1 mln. 467,561 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
Müqavilələr Göygöl və Zərdab rayonlarının inzibati binalarının yenidən qurulması əsaslı təmiri işlərini nəzərdə tutur.
Müqavilələrin dəyəri – müvafiq olaraq 729,31 min manat və 738,251 min manat təşkil edir.
www.tender.gov.az saytının materiallarına əsasən, hər iki müqavilə üzrə podratçı qismində “Araz-İnşaatçı” MMC çıxış edir. **
B.Rüstəmbəyov