Ermənistan Azərbaycanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
“İclasda Ermənistan Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan iştirak edəcək”, - A.Naqdalyan “İnterfaks”a bildirib.
QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.
QDİƏT tərkibinə daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. **