"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alacaq. Bu barədə Nazirlər Kabinetindən məlumat verilir.
Dünən baş nazir Novruz Məmmədov müvafiq qərar imzalayıb.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən 56 kilometrlik Qasımlı-Astara hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" müəyyən edilib”, - qərarın mətnində deyilir.
"Azərbaycan Dəmir Yolları" göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir. **
Ə.Məmmədov