Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə fermerlərə 10 mln. manat məbləğində güzəştli kreditin ayrımasını planlaşdırır.
“2019-cu ildə fermerlərə 10 mln. manat məbləğində güzəştli kredit ayırmağı planlaşdırırıq”, - Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarəolunması üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev “İnterfaks-Azərbaycan” agentliyinə deyib.
Onun sözlərinə görə, cari il Xidmət may ayında kreditlərin verilməsinə başlayıb. “İlin sonunadək kreditləşmə həcmini 10 mln. manata çatdırmağı ümid edirik”, - M.Əliyev o qeyd edib.
O vurğulayıb ki, kreditlər illik 2% dərəcə ilə verilir. “2018-ci ildə verilən kreditin orta məblği 60 min manatdır”, - Xidmətin rəisi əlavə edib. **
B.Rüstəmbəyov