Bakı şəhərin mərkəzində keçirilən Formula 1 yarışının turistlərin cəlb edilməsində xüsusilə çox böyük rolu, payı var. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Formula 1 yarışı üç ildir Azərbaycanda, Bakıda keçirilir”, - İ.Əliyev bu gün 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.
Onun sözlərinə görə, yarışlarının təşkilatçıları tərəfindən “Azərbaycan Qran-Prisi” yarışı iki son mövsümün ən yaxşı yarışı olub.
Prezident ölkəyə turist axının artım tendensiyasını qeyd edib.
“Turistlərin sayı 2016-cı ildə 22%, 2017-ci ildə 20%, bu ilin 11 ayında 6% art”b", - dövlət baçısı vurğulayıb.
İ.Əliyev planlar barədə söz açarkən qeyd edib ki, 2019-cu ildə Bakıda l futbol üzrə Avropa Liqasının final görüşü və Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək.
“Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilib. Bu, böyük nəticədir”, - İ.Əliyev qeyd edib. **
R.Babayev