Azərbaycan və Moldovanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Tudor Ulyanovski cümə axşamı Bakıda siyasi-diplomatik məsələləri müzakirə ediblər.
“E.Məmmədyarov və T.Ulyanovski siyasi-diplomatik, o cümlədən beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparıblar”, - XİN-nin məlumatında deyilir.
Həmsöhbətlər iki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması məqsədilə, İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili məsələsini müzakirə ediblər.
“Nazirlər logistika, sənaye, energetika və nəqliyyat sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulayıblar”, - məlumatda deyilir.
Həmçinin görüş zamanı ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələsi müzakirə olunub. **
F.İsazadə