Azərbaycan prezidenti İlham Əliyev Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 18,2 mln. manat ayırmağı tapşırıb.
Avtomobil yolu 19 yaşayış məntəqəsini birləşdirəcək.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov