Dekabrın 12-də Rusiyanın enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza ı ilə əlaqədar olaraq Azərbaycan Dağıstan enerji qovşağını elektrik enerjisi ilə təmin edib. Bu barədə “Azərenerji” ASC-dən məlumat verilir.
"Dekabrın 12-də Rusiyanın enerjisisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, saat 08:52-dən 20:51-dək Azərbaycan enerjisistemi Rusiya enerjisisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisi ilə təmin edib", - “Azərenerji” məlumat verib.
Həmçinin bildirilir ki, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım" müqaviləsi əsasında həyata keçirilib.
“2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt/saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4milyon kilovatt/saat təşkil edib”, - ASC-dən qeyd olunur. **
B.Rüstəmbəyov