Moskva Bakı ilə İrəvan arasında birbaşa dialoqun qurulmasında yardımlarını davam etdirmək niyyətindədir. Bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bakı ilə İrəvan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa dialoqa yardımı davam etdirmək istəyirik”, - S.Lavrov Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı bildirib.
“Biz dialoqun baş tutmasını istəyirik”, - nazir əlavə edib.
S.Lavrov həmçinin vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri qismində də “bu məqsədə nail olmaq üçün əlindən gələni edəcək”. **