2018-ci ilin 9 ayı ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 66% artıb. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Cari ilin 9 ayı ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 66% artıb. Bu, iki ölkənin dövlət başçıslarının qarşıya qoyduqları məqsədə yaxınlaşdığımızdan xəbər verir”, - P.Şahbazov Qazaxıstanın Müstəqillik gününün 27-ci ildönümü münasibətilə rəsmi qəbulda bildirib. **
F.İsazadə