ABŞ Senatı ölkənin Azərbaycandakı səfiri postuna İrli Litsüenberqerin (Earle D.Litzenberger) namizədliyini təsdiq edib.
“Senat ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən İrli Litsüenberqerin Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib”, - Senatın məlumatında deyilir.
İ.Litsüenberqer hazırda Dövlət Departamentində Hərbi-siyasi məsələlər Bürosunun baş müşaviri postunu tutur.
İ.Litsenberqer müxtəlif vaxtlarda Almaniyanın Marşall Fondunda böyük elmi əməkdaş, ABŞ-ın NATO-dakı missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı böyük mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyində missiya rəhbərinin müavini və Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini vəzifələrində işləyib. O, fransız, rus, serb-xorvat və bolqar dillərini bilir.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta 2018-ci ilin mart ayında diplomatik missiyasını başa çatdırıb. **
A.Əzizov