Azərbaycanın gömrük orqanları 28,4 min ədəd elektron siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
“Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində "Heets" yazısı olan 28400 ədəd elektron siqaret aşkar edilib”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov