Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminə dair danışıqların bərpası və konstruktiv həllərin axtarışına yönəlib. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov cümə günü Bakıda jurnalistlərə bildirib. Dünən S.Lavrov Azərbaycan lideri ilə görüşüb.
“Dünən Azərbaycan prezidenti İlham Əliyev ilə çox ətraflı, uzun sürən söhbətimiz oldu. Biz danışıqların bərpası, konstruktiv həllərin axtarışına yönələn həqiqi əhval-ruhiyyəsini hiss etdik”, - S.Lavrov bildirib.
“ Azərbaycan və Ermənistanın yaxın tərəfdaşı və eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri ölkə kimi, amerikalılar və fransızlarla birlikdə güzəştlərin əldə olunması məqsədilə zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik”, - rusiyalı nazir vurğulayıb. **