2018-ci ildə Müdafiə Nazirliyi Ermənistan ilə dövlət sərhədinin qərb hissəsində döyüş postlarını Dövlət Sərhəd Xidmətinə təhvil verib. Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev
“Azərbaycan prezidenti İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib”, - E.Quliyev Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirib.
O vurğulayıb ki, bu qərar “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib”. **
F.İsazadə