Dövlət Sərhəd Xidməti 2018-ci ildə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 22 nəfəri müəyyən edib. Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
“Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib”, - E.Quliyev Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirib.
Onun sözlərinə görə, xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
E.Quliyev bildirib ki, təqvim ilində qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup zərərsizləşdirilib. **
R.Babayev