Azərbaycan XİN başısı Elmar Məmmədyarov əmindir ki, Ermənistanda yeni hökumət formalaşdıqda 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək mümkün olacaq.
“Ümid edirik ki, bu ölkənin xalqının mandatına əsasən Ermənistanda yeni bir hökumət formalaşdıqda , 2019-cu ildə irəliləyişə nail olacağıq (Qarabağ münaqişəsində - İF) və regionda sülh, sabitlik və tərəqqinin yaradılması üçün yaxşı şərait yaradacağıq”, - E.Məmmədyarov cümə günü Bakıda QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında bildirib.
Çıxışının mətni XİN-nin saytında dərc olunan nazir vurğulayır ki, davam edən işğalçılıq siyasəti Ermənistanı iqtisadi artımdan məhrum edib.
“Bu, həmçinin ümumi regional ticarətin yaradılması səylərinə zərər yetirir. Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək”, - E.Məmmədyarov qeyd edib. **
F.İsazadə